13 Noyabr 2015 18:11
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq yoldaşlıq oyunu üçün Parisdə olan Almaniya milli komandasının üzvləri qaldıqları oteldən təxliyə olunub.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna otelə bomba qoyulması xəbərinin yayılması səbəb olub.

Partlayış təhlükəsi səbəbindən polisin həyəcan siqnalından sonra komandanın bütün üzvləri oteldən kənarlaşdırılıb. Bu barədə xəbəri Bundestimin futbolçuları sosial şəbəkələrdəki səhifələrində qeyd ediblər.

Almaniya millisinin futbolçusu Sami Xedira yazıb: "Oteldə bomba təhlükəsi var idi. Artıq millimiz üçün heç bir təhlükə yoxdur. Hazırda bir qədər tennis oynayırıq".

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Almaniya yoldaşlıq oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Müəllif: