15 Noyabr 2015 09:55
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, millimizin yer aldığı 5-ci qrupda daha iki oyun keçiriləcək.

Qrupda son matçına çıxacaq Nazim Süleymanovun komandası bu dəfə Bosniya və Hersoqovina yığması ilə qarşılaşacaq. Keçirdiyi hər iki görüşdə məğlub olan millimiz qrup səddini aşmaq üçün bu matçda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə yığmamız mübarizəni dayandıracaq.

Qrupun digər oyununda qrup lideri Ukrayna Türkiyə ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Ukraynaya 0:4, daha sonra Türkiyəyə 0:1 hesabı ilə uduzub.

15 noyabr

Avropa çempionatının seçmə mərhələsi

18:00. Azərbaycan - Bosniya və Hersoqovina
Hakimlər: Eiko Saar, Neeme Neemleyd (hər ikisi Estoniya), Ousteyn Ytterland, Tore Hansen (hər ikisi Norveç)
Bakı. "Bayıl Arena".


Müəllif: