15 Noyabr 2015 12:52
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "İnter" matçının son dəqiqəsində verdiyi səhv qərarla hər kəsi şoka salan Miroslav Zelinkaya yenidən etimad göstərilib.

Sport7.az xəbər verir ki, çexiyalı hakim Slovakiya ilə İsveçrə arasında baş tutacaq yoldaşlıq görüşündə baş hakim olacaq.

Ona bu işdə "İnter"lə matçın canlı iştirakçılarından olan Andrey Pelikan və Yan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zbynek Proske yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 17-də oynanılacaq.


Müəllif: