4 İyun 2014 11:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir məşhur türkiyəli məşqçi azərbaycana gələ bilər.

ANS PRESS-in məlumatına görə, Mustafa Dənizli ilə əməkdaşlığa son qoyan "Xəzər Lənkəran" yeni məşqçi axtarışındadır. Bu posta isə "Beşiktaş"ın keçmiş məşqçisi Ertuğrul Sağlam gətirilə bilər. Bu iddia Türkiyə mətbuatında yer alıb.

Məlumata görə, komandanı çalışdırmaq təklifi artıq Sağlamın özünə də çatdırlıb. Onun nə cavab verdiyi isə hələlik bəlli deyil.

Mətbuatda yayılan məlumata görə, ötən mövsüm Türkiyə Kubokunun final mərhələsində oynayan "Eskişehirspor"da ciddi maliyyə çətinlikləri var. Bunun üçün də bəzi futbolçuları gələn təkliflər dəyərləndirilərək komandadan çıxarmağı düşünürlər. Bu isə komandanın məşqçisi Ertuğrul Sağlamın heç xoşuna gəlməyib.


Müəllif: