15 Noyabr 2015 18:49
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi keçirilib. Hazırlıq prosesi zamanı baş məşqçi Robert Prosineçki və futbolçular media nümayəndələrinin də suallarını cavablandırıb.

Qarşıdakı oyun və məşqlər haqda "Kəpəz"in futbolçusu Tərlan Quliyev fikirlərini bölüşüb:

"Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidi. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib.

Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdı".

Millinin düşərgəsində Tərlan Quliyevlə yanaşı, "Kəpəz"in daha bir üzvü Rəşad Eyyubov da yer alıb. /dsport.az


Müəllif: