4 İyun 2014 12:30
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça”nın baş katibi Mahmud Uslu “Qalatasaray”ın prezidenti Ünal Aysalı “Tarsuslu Aziz Pavel”ə (Həvari Pavel) bənzətmişdi.

Bütün media prezidentin “Fənər”li baş katibə cavab verəcəyi anı gözləyirdi. Nəhayyət Ünal Aysal susqunluğunu pozub.

Teleqraf.com xəbər verir ki, o keçirdiyi mətbuat konfransında Mahmud Uslunu aşağılayaraq, ona qısa şəkildə cavab verib:

“O, mənim səviyyəmdə ünsiyyət qura biləcəyim adam deyil. Buna görə cavab verməyəcəyəm. Onun dediklərini cəmiyyət dəyərləndirəcək”.

Qeyd edək ki, “sarı-göylü” klubun baş katibinin Ünal Aysalı bənzətdiyi “Tarsuslu Aziz Pavel” (Həvari Pavel) xristianlıq tarixinin ən böyük missioneri sayılır. Yəhudi ailəsində doğulub. Dəməşqə səyahət zamanı İsadan vəhy aldığını iddia edərək, xristianlığı qəbul edib.

Aygün İlqarqızı


Müəllif: