17 Noyabr 2015 23:01
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hannover şəhərində keçirilməli olan qarşılaşma da təhlükəsizlik səbəbindən ləğv edilib. Sport7.az xəbər verir ki, Almaniya və Hollandiya millilərinin bu günə nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq.

Oyundan əvvəl şəhərdə şübhəli bir paket tapılıb və buna görə stadiona aparan bütün yollar bağlanıb. Daha sonra stadionun içindən də şübhəli görüntülü bir çanta tapılıb. Bu hadisələrdən sonra qarşılaşmanın keçirilməsi məqsədəuyğun sayılmayıb. Almaniya polisi stadionun ətrafında qrup şəklində toplaşmanı da qadağan edib.

Xatırladaq ki, bu gün keçirilməli olan Belçika - İspaniya qarşılaşması da terror təhlükəsinə görə baş tutmayacaq.


Müəllif: