18 Noyabr 2015 14:12
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı ulduz futbolçu Neymarın menecerliyi edən atası oğlunun gələcək kariyerası barəsində danışıb.

Teleqraf.com xəbər verir ki, İspaniyanın "Cadena Ser"ə açıqlama verən Silva Santos futbolçunun "Barselona"dan gedə biləcəyini bildirib. O, oğu Neymara qarşı açılmış vergi cinayətlərindən yorulduqlarını deyib.

"Braziliyada vergilərimizi ödəmişik. Heç bir problemimiz yoxdur. İspaniyada isə 2.5 ildir davam edən araşdırmalara isə bizi yorub".

Qeyd edək ki, Neymarın "Barselona" klubu ilə 2018-ci ilə qədər müqaviləsi var. Futbolçunun meneceri müqaviləni yeniləmək istəsələrdə bəzi problemlərin olduğunu bildirib.

Rüstəm


Müəllif: