20 Noyabr 2015 10:09
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubu qapıçılar üzrə məşqçi Klaudio Taffarelə tapşırılıb.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, komanda dünən Florya Mətin Oktay Təsislərində keçirilmiş məşqə braziliyalı mütəxəssisin rəhbərliyi altında çıxıb.

Klubun baş katibi Fatih İşbecer bildirib ki, Super Liqada XII turun "Antalyaspor"la oyununda komandanın başında klubun sabiq qapıçısı olacaq. Bir neçə gün öncə istefa verən baş məşqçi Hamza Hamzaoğlunun köməkçiləri Yıldırım Uran, Fuat Buruk və İsa Turanla isə yollar ayrılacaq.

Qeyd edək ki, Klaudio Taffarel 2011-ci ildən "Qalatasaray"da çalışır.


Müəllif: