20 Noyabr 2015 23:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş məşqçisi Hamza Hamzaoğluyla yollarını ayıran "Qalatasaray"la bağlı ortaya yeni iddia çıxıb.

"Cim-bom" rəhbərliyinin hazırda "Real"ın aşağı yaş qrupu üzrə komandasına rəhbərlik edən Zinəddin Zidanla təmasa keçdiyi öyrənilib.

Amma Fransa millisinin və "Real"ın sabiq ulduzu Türkiyədə işləmək təklifinə müsbət cavab verməyib.

Zidanın Parisdəki terror hadisəsindən çox təsirləndiyi, az qala hər gün qan tökülən Türkiyədə də işləmək istəmədiyi deyilir.


Müəllif: