21 Noyabr 2015 20:45
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" qış transferi pəncərəsi dönəmində heyətinə heç bir futbolçu cəlb etməyəcək.

Bu barədə London klubunun baş məşqçisi Joze Mourinyo məlumat verib. O deyib ki, qışda transferə pul xərcləməyəcəklər:

"Çünki futbolçularıma güvənirəm. Onlardan razıyam. Heç bir dəyişiklik istəmirəm. Yanvarda transferə pul xərcləməyəcəyik. Ötən mövsüm bu heyət çempion olaraq necə komanda olduğunu göstərdi. Hazırda Premyer Liqanın turnir cədvəlində yaxşı yerdə deyilik. Ancaq bu heyətlə hər şeyi düzəldəcəyimizə inanıram"./Qol.Az/


Müəllif: