21 Noyabr 2015 19:51
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın ulduzu Ronaldo haqqında çəkilən film ictimaiyyətə təqdim olunub. Filmdə bir məqam hər kəsin diqqətini çəkib.

Publika.az xəbər verir ki, Ronaldonun keçmiş sevgilisi İrina Şeyk filmdə yer almayıb. Bununla bağlı futbolçuya və filmin rejissoruna sual ünvanlanıb. Ulduz oyunçu bu məsələyə aydınlıq gətirib:

“İnsan həyatında uğurlu və uğursuz anlar olur və elə dönəmlər də olur ki, heç bir əhəmiyyət kəsb etmir”.

Filmin rejissoru isə İrina ilə bağlı bəzi epizodlar çəkdiklərini, amma sonradan filmdən çıxartdıqlarını qeyd edib.


Müəllif: