21 Noyabr 2015 16:44
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA Etika Komitəsi qurum prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib.

Artıq işlə bağlı yekun hesabat FİFA Arbitraj Palatasına göndərilib.

Məlumatların məxfiliyinə və təqsirsizlik prezumpsiyası prinsipinə görə, Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə xəbər verməyəcək.

Xatırladaq ki, İsveçrə Federal Ədliyyə Bürosu sentyabrın 25-də 2011-ci ildə qanunsuz olaraq iki milyon İsveçrə frankı məbləğində vəsaiti Platininin hesabına köçürməkdə şübhəli bilinən Blatterə qarşı iş açıb. Vəsait Platinin guya 1999-2002-ci illərdəki işinə görə olub. Fransız futbol funksioneri isə ödənişin qanunauyğun şəkildə olduğunu bildirib.

Oktyabrın əvvəlində isə FİFA Etika Komitəsi Blatteri, təşkilatın baş katibi (əvvəlcədən vəzifəsindən uzaqlaşdırılmış) Jerom Valkeni və Platini futbolla bağlı istənilən fəaliyyətdən 90 günlüyünə uzaqlaşdırmışdı (report.az).


Müəllif: