23 Noyabr 2015 13:39
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə Kartinq Akademiyası açılacaq. Bu barədə redaksiyamıza «Gəncland» Mərkəzinin sədri Samir Hacıyev məlumat verib.

Samir Hacıyevin dediyinə görə, ölkəmizdə kartinqə olan marağın artmasıyla əlaqədar bu cür akademiyaya böyük ehtiyac var. Hazırda rəhbəri olduğum «Gəncland» Mgrəkəzində İtaliya istehsalı olan kart sport bolletlərdən ibarət 300 metr trassaya malik kartinq meydançasının yaradılması planlaşdırılır. Bir qədər əvvəl İtaliyanın Bolonya şəhərində yerli distrebutorla razılaşmaya əsasən, burada kartinq akademiyasının və 8 yaşdan başlayaraq uşaq və gənclərin təlim kursları nəzərdə tutulub».

Samr Hacıyevin dediyinə görə, hazırda kartinqlə bağlı İtaliya şirkətiylə razılaşma əldə olunub. Biznes plana əsasən ilk olaraq bizdən bir neçə işçi İtaliyada treninq keçməli, ondan sonra isə hər 3 aydan bir 14 gün müddətində italiyalı mütəxəssisi tərəfindən parkımızda seminarlar və təlim-məşqlər təşkil ediləcək”.


Müəllif: