23 Noyabr 2015 21:35
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" ölkənin tanınmış futbol mütəxəssislərindən olan Mustafa Dənizliylə anlaşıb.

Bu gün "Qalatasaray"ın prezidenti Dursun Özbək Mustafa Dənizliylə görüşüb və razılıq əldə edib. Tərəflər arasında rəsmi müqavilə qarşıdakı iki gün ərzində bağlanacaq.

"Qalatasaray" rəhbərliyi ötən həftə baş məşqçi Hamza Hamzaoğlunu istefaya göndərmişdi.

Mustafa Dənizli əvvəllər "Xəzər Lənkəran"ın "sükanı arxasında" olub.


Müəllif: