24 Noyabr 2015 14:25
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın müdafiəçisi Serxio Ramos çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kapitan Ramosun ən azı 3-4 həftə oynamayacağı gözlənilir. Ancaq mümkündü ki, Ramos 2015-ci ilin sonuna kimi meydana çıxmasın.

Ramos sentyabrın ortasından çiyin ağrılarından əziyyət çəkir. Son altı matçda o, iynə vurularaq meydana buraxılıb. Bu oyunlarda onun vəziyyəti daha da ağırlaşıb.

Ramosun "Real"ın ən yaxın 8 qarşılaşmasında iştirak etməyəcəyi bildirilir: 4 oyun primeroda, 2 matç Çempionlar Liqasında və 2 görüş İspaniya Kubokunda.

Qeyd edək ki, Ramos “Seviliya” ilə səfər oyununda ciddi zədə almışdı.

Rüstəm


Müəllif: