24 Noyabr 2015 20:16
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Ştutqart" klubu baş məşqçisi Aleksandr Zornigerlə yollarını ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub.

"Ştutqart" Bundesliqanın geridə qalan 13 turundan sonra 10 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komandanın son nəticələrindən narazı qalan rəhbərlik Zornigerlə yollarını ayırmaq qərarı verib. Klubu müvəqqəti olaraq Yurgen Kramni çalışdıracaq.

Qeyd edək ki, bu ilin yayında "Ştutqart"a baş məşqçi təyin olunan Zornigerin komanda ilə müqaviləsi 2018-ci ildə başa çatacaqdı.


Müəllif: