25 Noyabr 2015 18:04
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul”un canlı əfsanəsi Stiven Cerrard doğma komandasına qayıdır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli yarımmüdafiəçi özü açıqlama verib.

Hazırda ABŞ-ın MLS liqasında mübarizə aparan “Los Anceles Qalaksi” klubunda oynayan Cerard bir müddət “Liverpul”un düşərgəsində olacaq.

MLS liqasında gələn ay mövsüm başa çatacaq. Cerard isə formada qalmaq üçün sevimli komandasında məşq edəcək. O, Yurgen Kloppla çalışmaq, ondan nəsə öyrənmək istədiyini bildirib.

Qeyd edək ki, 35 yaşlı futbolçu 17 il “Liverpul”un şərəfini qoruyub.


Müəllif: