26 Noyabr 2015 08:37
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsi matçında "Bavariya"nın "Olimpiakos"a 4:0 hesabı ilə qalib gəldiyi görüşdə pay sahibi olan Tomas Müller tarixə düşüb.

Alman forvard qitənin ən nüfuzlu klub turnirində 50-ci qələbəsini qazanan ən gənc (26 yaş 72 günlüyündə) futbolçu olub.

Əvvəlki nailiyyət "Real"ın keçmiş hücumçusu Raul Qonzalesə məxsus idi. O, 26 yaş 257 günlüyündə ÇL-də 50-ci qalibiyyətini əldə etmişdi.

Siyahıda sonrakı yerləri "Barselona"nın hücumçusu Lionel Messi (27 yaş 134 gün), "Porto"nun qapıçısı İker Kasilyas (27 yaş 189 gün) və "Real"ın forvardı Kriştiano Ronaldo (28 yaş 28 gün) tutur.


Müəllif: