26 Noyabr 2015 09:36
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları başa çatıb.


A qrupundan 1/8 final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanan klublar artıq bəllidir. Bu komandalar 5 oyundan 13 xal toplayan Madrid “Real”ı və PSJ-dir (10 xal).

C qrupunda “Qalatasaray” Madrid “Atletiko”sunun qonağı olub. 13-cü dəqiqədə Qrizmann meydan sahiblərini önə keçirib. 65-ci dəqiqədə Qrizmann dubla imza atıb. Bu, oyunda sonuncu qol olub - 0:2.

Beləliklə, bu qrupda “Atletiko” və “Benfika” artıq növbəti mərhələdədirlər. 4 xallı “Qalatasaray” ən yaxşı halda qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirə bilər.

“Yuventus” isə doğma meydanda “Mançester Siti”ni qəbul edib. Minimal hesabla qələbə qazanan italyanlar 1/8 finala vaxtından əvvəl yüksəliblər. Məğlub olmalarına baxmayaraq, ingilislər də ən pis halda qrup ikincisi kimi bu vəsiqəni təmin ediblər.

Turun digər oyunları:

A qrupu

“Şaxtyor” – “Real” 3:4
“Malmö” – PSJ 0:5

B qrupu

ÇSKA – “Volfsburq” 0:2
“Mançester Yunayted” – “PSV Eyndhoven” 0:0

C qrupu

“Astana” – “Benfika” 2:2
“Atletiko” – “Qalatasaray” 2:0

D qrupu

“Yuventus” – “Mançester Siti” 1:0
“Borussiya” (Mönhenqladbax) – “Sevilya” 4:2


















Müəllif: