26 Noyabr 2015 18:21
436

UEFA bəzi klubların maliyyə hesabatlarını və maliyyə "Fair Play"i qaydalarına uyğunluğunu yoxlamağa başlayıb.

Publika.az xəbər verir ki, istintaqa cəlb olunun klublar sırasında Bakının "İnter" klubuyla yanaşı, "Braqa", "Dnepr", "Botoşani", "Tarqu-Mures" və "Astra" klubları var. Araşdırmaların nəticəsi haqda dekabrın sonunda açıqlama veriləcək.

Eyni qəbildən olan araşdırmalar Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Trabzonspor" və "Karabükspor" klublarına qarşı da davam etdirilir.

Təhqiqatların davam etdiyi müddətdə "Qalatasaray" və "Karabükspor" istisna olmaqla bu klubların avrokubok gəlirlərinə həbs qoyulub.


Müəllif: