4 İyun 2014 18:08
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. İndi isə çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. İlk səyahətimiz Salvador şəhərinə olacaq.

Salvador və ya San-Salvador-da-Baiya-Toduş-uş-Santuş şəhəri əvvəllər Braziliyanın paytaxtı olub. Bu şəhər özünəməxsus mətbəxi, musiqisi və arxitekturası ilə məşhurdu. Əhalisinin sayına görə, Braziliyanın 3-cü ən böyük şəhəridi. Bu şəhəri “Sevincin paytaxtı” da adlandırırlar.

Salvadordakı “Fonta-Nova” stadionunda “Baiya” klubu ev oyunlarını keçirir. Bu stadionda bir neçə dəfə rekonstruksiya işləri aparılıb. Əvvəllər stadionun azarkeş tutum 110 min olub. Sonradan bu göstərici 50 minə endirilib.


Müəllif: