27 Noyabr 2015 09:59
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşılaşma bizim üçün çox ağır keçdi. Xeyli vaxtdrı ki, öz meydanımızda belə çətin oyun olmamışdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə uduzduqları oyundan (0:1) sonra deyib.

O, məğlubiyyətin səbəbinini komandalar arasındakı səviyyə fərqi ilə izah edib: “Rəqibin ustalığı göz qabağındadır. Biz sona qədər əlimizdən gələni etdik. Standart vəziyyətdən qol buraxdıq və məğlub olduq. Bu cür komandalara qarşı standart vəziyyətlərdə çox diqqətli olmaq lazımdır. Biz daha çox texnikalı futbola üstünlük veririk, əksər futbolçularımız da bəstəboydur. Rəqiblərimiz də isə 15-20 milyonluq oyunçular var”.


R.Sadıqov zədə səbəbindən oyunu buraxan Reynaldonun yoxluğunun hiss olunduğunu bildirib: “Reynaldo kimi bir futbolçunun yoxluğu həmişə hiss olunur. Bu boşluğu hiss etdirməməyə çalışsaq da, əks hücumlar zamanı onun yeri görünürdü. Qrupdan çıxmaq şansımız çox azdır. Səfərdə “Anderlext”i 1:0 hesabı ilə məğlub etsək belə, sərf etməyəcək. Çətindir, ağırdı, ancaq sona qədər mübarizə aparacağıq”.


Müəllif: