27 Noyabr 2015 10:08
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşan "Qəbələ" qolsuz heç-heçə edib.

Oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin sualların cavablandırıb.

- "Krasnodar" - "Borussiya" matçının nəticəsini bildikdən sonra, komandanı necə motivasiya etdiniz? Xüsusən də Rəşad Sadiqovu. Çünki oyunun ən yaxşısı o idi.

- Qəlbimin dərinliyində həmin oyunun nəticəsini bildikdən sonra məyus oldum. Çünki qalib gəlsəydik də, qrupdan çıxa bilməyəcəkdik. Buna baxmayaraq, öz oyunumuzu oynamalıydıq. Futbolçulara irəli getməyi məsləhət gördüm. Öz komandam haqda xoş sözlər deyə bilərəm. Onlardan razı qaldım. Futbolçularım işinə peşəkar yanaşdılar. Sonuncu matçda qalib gəlməyə çalışacağıq ki, heç olmasa qrupda 3-cü yeri tutaq.

- Demək olarmı ki, ən yaxşı oyunlarınızı PAOK-a qarşı keçirdiniz?

- Qazandığımız 2 xal PAOK-la oyunlara təsadüf edir. Oyun baxımdan desək, "Borussiya" ilə görüşdə da yaxşı çıxış etmişdik. Eyni sözlər "Krasnodar"la səfər matçına da aiddi.

- Razılaşırsınızmı ki, futbolçular daha istəkli olsaydılar, qələbə də qazanmaq olardı...

- Sizinlə razıyam. Futbolçular daha aqressiv, daha istəkli olsaydılar, meydandan 3 xalla ayrıla bilərdik.

- Qrup mərhələsi yeni başlasaydı, hansı mövqeydə dəyişiklər etmək istərdiniz?

- Qrupdan çıxmaq üçün komanda güclü olmalıdı. 3-4 futbolçu olmalıdı ki, meydana daxil olanda, oyunun nəticəsini dəyişə bilsin. Bəxt amili də öz sözünü deyir. Bütün bunlar yerində olduqda, qrupdan çıxa bilərdik. Bu gün utanılası heç nə yoxdu. Futbolçularla fəxr edirəm. Bunu soyunub-geyinmə otağında da onlara dedim.

- "Panatinaikos" səfərindən qayıdarkən verdiyiniz müsahibədə xoşbəxt olduğunuzu, Afina zəfərindən həzz aldığınızı demişdiz. İndi necə, bugünə qədər qazanılan 2 xal həzz almağa imkan verirmi?

- Həmin vaxt düşündüklərimi bu oyundan sonra söyləyə bilməyəcəm. Ancaq məyus olmağa səbəbimiz də yoxdu. Sadəcə olaraq, üzərimizdə işləməliyik. Oyunların analizindən nəticə çıxarmalıyıq.(qol.az)


Müəllif: