28 Noyabr 2015 17:03
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pol Poqba şərəfini qoruduğu "Yuventus"dan bu mövsümün sonu ayrıla bilər.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 22 yaşlı yarımmüdafiəçinin meneceri Mino Raiola məlumat verib:

"Pol Poqba hazırda sadəcə "Yuventus"u düşünür. O, qış transferi pəncərəsi dövründə klubdan ayrılmayacaq. Ancaq mövsümün sonu onun başqa kluba keçidi mümkündür".

Qeyd edək ki, P.Poqba bu mövsüm oynadığı 18 matçda 2 qol və 3 qolun ötürməsini verib.


Müəllif: