4 İyun 2014 22:18
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atletiko”nun hücumçusu Dieqo Kosta klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda İspaniyanın “Mundo Deportivo” qəzeti məlumat yayıb.

Məlumata görə, o, klub rəhbərliyinə komandanı tərk etmək istədiyini bildirib.

Qeyd edək ki, Kostanın 40 milyon avro təzminat qarşılığında “Çelsi”yə keçəcəyi iddia olunur.

Bu gün İngiltərə mətbuatı xəbər yayıb ki, Dieqo Kosta dünya çempionatından sonra London təmsilçisi ilə müqavilə imzalayacaq.

Xatırladaq ki, Dieqo Kosta 2010-cu ildən “Atletiko”da oynayır. O, 2013/14 mövsümündə İspaniya çempionatında 27 qol vuraraq bombardirlər siyahısında üçüncü olub.


Müəllif: