Oxşar xəbərlər
“Qızıl top” uğrunda mübarizə aparacaq namizədlərin yekun siyahısı bəllidir.
Publika.az xəbər verir ki, yekun siyahıda yer alacaq 3 futbolçu Lionel Messi, Neymar və Ronaldodur. Yekun siyahını UEFA bu gün açıqlayacaq. Ancaq “Mundo Deportivo” qəzeti UEFA-dakı mənbədən siyahı ilə bağlı məlumat əldə edə bilib.
“Barselona” 2010-cu ildən sonra ilk dəfə yekun siyahıda tam tərkibdə təmsil olunmaq istəyirdi. Ancaq Luis Suares kifayət qədər səs toplaya bilmədiyindən, Ronaldonu özündən irəli buraxıb.
2010-cu ildə “Barselona” ilk üçlükdə Messi, İnyesta və Xaviylə təmsil olunmuşdu. Mütəxəssislər Lionel Messini “Qızıl top”a əsas namizəd hesab edirlər.