3 Dekabr 2015 23:16
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə keçirilən dünya çempionatlarının final mərhələsində iştirak edəcək komandaların sayı 32-dən 40-a yüksələ bilər.

Qol.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, mundial iştirakçılarının sayının artırılması ilə bağlı qərar FİFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Qərar təsdiqini taparsa, 2026-cı ilə keçiriləcək dünya çempionatının final mərhələsində 32 yox, 40 yığma iştirak edəcək.

Qeyd edək ki, 1934-1978-ci illərdə dünya çempionatının final mərhələsində 16, 1982-1994-ci illərdə 24, 1998-ci ildən bu yana isə 32 komanda oynayır.


Müəllif:

Oxşar xəbərlər