FIFA-nın Dünya kubokunda format dəyişikliyi etməsi gündəmdədir. Uzun illərdir 8 qrupda 32 komanda ilə keçirilən turnirdə ölkə sayının artması planlaşdırılır.
Publika.az-ın xəbərinə görə, bu məlumatı AFP (Agence France-Presse) FIFA qaynaqlarına əsaslanaraq verib. Məlumata görə, 2026-cı ildə keçiriləcək Dünya çempionatının 40 ölkə ilə keçrilməsi planlaşdırılır. Belə olan halda Azərbaycanın da şansı artır.
Qeyd edək ki, oxşar qaydalar Avropa çempionatında da icra edilmişdi. 16 milli komanda ilə oynanan turnir, 2016-ci ildən 24 ölkə ilə keçiriləcək.