5 İyun 2014 12:38
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış futbolçu Arda Turan “Kanaltürk”ün qonağı olub.

Publika.az xəbər verir ki, o maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Ayrılmaq öz istəyim idi. “Qalatasaray”da kapitanlığa uşağa baxmaq kimi qəbul edirdilər. Türkiyədə ilk problem təhsil, ikincisi də mətbuatdır. Məşqlər arasında çox fərq yoxdur. “Qalatasaray”da da yaxşı məşqçilərlə çalışdım. O zaman getməkdə doğru etdiyimi düşünürəm”.

Bu yaxınlarda verdiyi bir müsahibə haqqında danışan Arda ispan mətbuatı ilə münasibətlərinin yaxşı olduğunu bildirib:

“İspaniyada maqazin mətbuatı ilə aram çox yaxşıdır. Qadınlar məni bəyənmirlər, mən də yaraşıqlı bir adam deyiləm. Amma qadınlar bəzi xüsusi məqamlar axtararlar və o xüsusi məqamlar məndə mövcuddur”.

Daha sonra geyimi ilə diqqət çək futbolçu paltar seçimini Bekhem və onun kimi məşhurlara baxaraq etdiyini bildirib:

“Geyimlərimi isə Bekhem və digər futbolçulardan nümunə götürərərk seçirəm”.

Arda keçmiş komandası “Qalatasaray"ın dincəlmək, kef etmək üçün seçiləcək yer olmadığını bildirib:

""Qalatasaray" hədəflərini başa vurduqdan sonra kef etmək üçün gediləcək yer deyil. “Qalatasaray”a gəldiyim vaxt hər şeyimi verərəm. “Qalatasaray” bizim yuvamızdır”.

Aygün İlqarqızı


Müəllif: