19 Aprel 2014 14:42
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı idmançılar təlim-məşq keçmək üçün Gürcüstanın Qori şəhərinə yollanıblar. Artıq 2-ci gündür ki, qonşu ölkədə olan cüdoçularımız qarşıdakı yarışlara hazırlaşırlar.

Teleqraf.com xəbər verir ki, həmin idmançılar içərisində ikiqat paralmpiya çempionu İlham Zəkiyev və dünya çempionatının və dünya kubokunun sahibi Elxan Rəcəbli də var.

Məlumat üçün bildirək ki, İlham Zəkiyev 2 qat dünya, 5 qat Avropa Çempionudur. O, 3-cü dəfə dünya çempionu adını qazanmaq üçün məşqlərini davam etdirir. Hazırda, Zəkiyev sentyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşır.

Xatırladaq ki, Elxan Rəcəbli Azərbaycanın cüdo üzrə milli komandasının üzvü olub. 2012-ci ildə karyerasını başa vurub, məşqçi kimi fəaliyyət göstərir.

Aygün İlqarqızı


Müəllif: