6 Dekabr 2015 21:48
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün komanda adından Günəşli yatağındakı yanğın nəticəsində həyatını itirənlərə başsağlığı verirəm. Faciə ilə əlaqədar oynamaq ağır idi. Bu, stadionda da hiss olundu. Azarkeşlər yalnız qolda qısaca sevindilər. Bütün oyun boyu isə səssizlik idi".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"ə evdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.

O, oyun intizamı yüksək və hücumları sürətli olan komandaya qarşı oynadıqlarını bildirib: "Hər iki komanda səhvsiz oynamağa çalışırdı. Dani Kintana yaxşı qol vurdu. Çətin qələbə qazandıq".

Qurbanov bu oyunla həm də dekabrın 10-da Belçikada "Anderlext"ə qarşı keçirəcəkləri Avropa Liqasının son tur matçına hazırlaşdıqlarını söyləyib: "Rəşad Sadıqovun zədə ilə əlaqədar 90 dəqiqə oynaması çətin olardı. Onun əvəzlənməsi "Anderlext"lə matça görə idi. Bu oyunla "Anderlext"lə matça hazırlaşdıq. Sıx qrafikdəyik, məşqlərimiz azalıb. Kiçik şansımız varsa, ondan yararlanmağa çalışacağıq" (sportnet.az).


Müəllif:

Oxşar xəbərlər