İngiltərə yığmasının sabiq üzvü və kapitanı Devid Bekhem FİFA-nın araşdırmalarından asılı olmayaraq növbəti Dünya Çempionatının Rusiyada keçirilməli olduğunu bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, futbolçu 2018-ci il və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi edəcək Rusiya və Qətəri müdafiə edib.
Bekhem "The Telegraph"a açıqlamasında rüşvət qalmaqalına baxmayaraq çempionatların final mərhələlərinin plana uyğun olaraq Rusiya və Qətərdə keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Bekhem hazırki vəziyyətin düzəlməsi üçün çox vaxtın lazım olacağını qeyd edib.
Rüstəm