Sonuncu dəfə "Real"a rəhbərlik edən Karlo Ancelottinin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.
Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis "Mançester Yunayted"i çalışdıracağı ilə bağlı yayılan xəbəri şərh edib.
Baxmayaraq ki, "qırmızı şeytanlar"ın hazırki baş məşqçisi Lui Van Qalın klubla müqaviləsinin müddəti 2016/17 mövsümünün sonunda bitir, Ancelotti komandanın başına keçməyə müsbət yanaşır.
Van Qal vaxtından əvvəl komandanı tərk etsə, o zaman İngiltərə klubu holland mütəxəssisə 7 milyon funt ödəməli olacaq.
"The Independent" nəşri yazır ki, italyan çalışdırcı məsələyə belə aydınlıq gətirib:
"Əlbəttə, istənilən məşqçi "Mançester Yunayted"in başıa keçməyə şad olardı. Mən gözləyirəm. Hazırda nə işlə məşğul oluram? Oyunlara baxıram, balıqçılıq edirəm və başqa işlər... Görək gələn yay nələr olacaq. Mən mövsümün ortasında komanda qəbul etməyi xoşlamıram, amma yayda işimə qayıtmağa hazıram".
Rüstəm