8 Dekabr 2015 15:09
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan kubokunun 1/8 mərhələsinin "Xəzər Lənkəran" – "Kəpəz" matçında Cənub təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AZAL – "Zirə" matçının 60-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

"Rəvan" – "Bakı" matçı başa çatdıqdan sonra qonaq komandanın rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

"Qəbələ" – "Mil-Muğan" matçının 68-ci dəqiqəsində Qəbələ klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XV turunun "Neftçi" – "Zirə" matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Sumqayıt" – "Kəpəz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Sumqayıt" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Rəvan" – AZAL matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər