9 Dekabr 2015 23:35
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Barselona"nın müdafiəçisi Jerar Pike haqda maraqlı fikirlər səsləndirib.

Portuqaliyalı futbolçu Pikenin "Real"ı qısqandığını bildirib:

"Pike "Real"ı qısqanır. Lakin onun hərəkəti ilə bağlı danışmaq istəmirəm. Çünki, bu vaxt itkisi olar. Pikeni pulsuz reklam etmək istəmirəm".

Qeyd edək ki, cəzalı Denis Çerışevin "Kadiz"lə kubok matçında oynaması səbəbindən İspaniya Futbol Federasiyasının "Real"ı turnirdən kənarlaşdırmasından sonra Pike "tvitter" sosial şəbəkəsindəki səhifəsində gülüşü simvolizə edən, ancaq ağlayan təəssüratı yaradan smaylik paylaşması Madrid təmsilçisinin futbolçularının etirazına səbəb olub.


Müəllif: