10 Dekabr 2015 10:41
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilərdən ibarət milli komandamız Dünya kubokuna sahib çıxdıb.

Azərbaycan Taekvondo Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku keçirilib.

08-09 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda, kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıb.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bəhrami, Səid Quliyev, Milad Beigi Hərçəqani və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.

Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlədiblər. Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreyanın təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.


Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) Dünya kubokuna sahib çıxıblar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.


Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız dekabrın 19-da vətənə dönəcək.


Müəllif:

Oxşar xəbərlər