12 Dekabr 2015 08:52
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin ən çox nəzərəçarpan ikilisi, Formula 1 üzrə son dünya çempionu Lyuis Hamilton və 2015-ci ildə debüt edən "Toro Rosso" pilotu Maks Verstappen bu dəfə də "Laureus" mükafatını qazana bilərlər.

Hamilton "İlin kişi idmançısı", Verstappen isə "İlin irəliləyişi" nominasiyası üzrə namizəddi. Hamiltonun rəqibləri Useyn Bolt, Qreq Ruzerford və Mo Farah (atletika), Lionel Messi və Kriştiano Ronaldo (futbol), Kris Frum və Alberto Kontador (velosiped), Lebron Ceyms və Pol Qasol (basketbol), Novak Cokoviç (tennis), Cordan Spiez (qolf) və Floyd Meyuezer (boks) olacaq.

Lyuis keçən il də bu nominasiya üzrə namizəd göstərilmiş, qalib isə Novak Cokoviç olmuşdu.

Formula 1 pilotlarından bu nominasiya üzrə mükafatı 2002 və 2004-cü illədrə Mixael Şumaxer, 2014-cü ildə isə Sebastian Fettel qazanıb.

Maks Verstappenin namizəd göstərildiyi "İlin irəliləyişi" nominasiyasının keçənilki qalibi Formula 1 pilotu Daniel Rikkardo olmuşdu. Bu nominasiya üzrə Formula 1-dən 2002-ci ildə Xuan Pablo Montoya, 2008-ci ildə Lyuis Hamilton, 2010-cu ildə isə Censon Batton qalib olub.

"Mercedes" komandası da "İlin komandası" seçilməyə namizədlərdəndi. 2006-cı ildə "Reno", 2010-cu ildə "Bravn" komandası bu nominasiyanın qalibi olub.

"Laureus" mükafatı 2000-ci ildən etibarən verilir. İlin əvvəli təşkil olunur və öncəki ilin nailiyyətləri nəzərə alınır.


Müəllif:

Oxşar xəbərlər