İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in futbolçusu Bastian Şvaynştaygeri cəzalandırıb.
Teleqraf.com-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun Premyer Liqada "Vest Hem"lə matçda rəqib futbolçuya qarşı kobud oynaması səbəb olub. Buna görə 31 yaşlı yarımmüdafiəçiyə üç oyunluq cəza tətbiq olunub.
Bu isə o deməkdir ki, B.Şvaynştayger ölkə çempionatında "Bornmut", "Norviç" və "Stok Siti" ilə görüşlərdə iştirak etməyəcək.