“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı".
Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi"yə uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis nəticənin olmamasına baxmayaraq komandasının oyunundan razı qaldığını bildirib: "Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.