13 Dekabr 2015 21:59
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç noyabr ayı üçün Fransa 1-ci liqasının ən yaxşı oyunçusu seçilib.

QoI.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, məşqçi və futbolçuların həmkarlar ittifaqının sorğusuna əsasən bu ada layiq görülüb. İsveçli hücumçu “Loryan”dan Benjamen Mukandjo və “Kann”dan Endi Deloru geridə qoyub.

Qeyd edək ki, İbrahimoviç ötən ay liqada 3 qol vurub və 2 qolun ötürməsini edib.


Müəllif:

Oxşar xəbərlər