19 Dekabr 2015 13:11
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrənin son turunun oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, 18-ci turun mərkəzi oyununda lider “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

Artıq qış çempionluğunu təmin edən Ağdam təmsilçisi öz meydanında növbəti qələbəsini qazanmaqla liderliyini bir qədər möhkəmləndirməyə çalışacaq. “Qəbələ” isə səfərdə üç xalla qazanmaqla yenidən ikinci pilləyə yüksələ bilər.

Qeyd edək ki, tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

19 dekabr (şənbə)

18:00.“Qarabağ” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
“Azərsun Arena”

Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 7 qol
Ruslan Qurbanov ("Neftçi") - 6 qol
Aleksey Antonov ("Qəbələ") - 6 qol
Dieqo Martins ("İnter") -5 qol


Müəllif: