"Çelsi"dən ayrılan Joze Mourinyoya İtaliyadan iş təklifi gəlib. Təcrübəli çalışdırıcının xidmətindən "Roma" klubu maraqlı olub.
Bu iddia ilə ölkənin "La Gazetta dello Sport" qəzəti çıxış edib. Qəzetin xəbərinə görə, klubun sahibi Ceyms Palotta portuqaliyalı məşqçi ilə şam yeməyində bir araya gəlib. Palotta Mourinyoya klubun "sükanı arxası"na keçməyi təklif etsə də, o, bunu qəbul etməyib.
Qeyd edək ki, hazırda "canavarlar"a Rudi Qarsiya rəhbərlik edir.
Sport7.az