"Monreal İmpekt"in futbolusu Didye Droqba "Çelsi"nin baş məşqçisi Quus Hiddinkin köməkçisi ola bilər.
London klubunun sahibi Roman Abramoviç təcrübəli oyunçuya bu vəzifəni təklif edib.
D.Droqba dünən artıq Londona gedib və Abramoviç , Hiddinklə birgə "Çelsi"nin "Sanderlend"lə (3:1) oyununu izləyib.
İngiltərə klubunun hazırda "Monreal İmpakt"la da danışıqlar apardığı bildirilir. D.Droqbanın sabah rəsmi olaraq "Çelsi"nin məşqçisi olacağı gözlənilir.
Qeyd edək ki , D.Droqba 2004-2012-ci və 2014-2015-ci ilin yayına kimi "Çelsi"də çıxış edib./Qol.Az