21 Dekabr 2015 20:22
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Dieqonu cəzalandırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna braziliyalı futbolçunun Avropa Liqasının qrup mərhələsinin son turunda "Seltik"lə görüşdə (1:1) rəqibə bilərəkdən zərbə endirməsi səbəb olub.

Matçın baş hakimi 67-ci dəqiqədə rəqibini vurduğu üçün Dieqonu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. UEFA İntizam Komitəsi 30 yaşlı futbolçuya 3 oyunluq cəza kəsib. Bu isə o deməkdir ki, Dieqo Avropa Liqasının 1/16 finalında "Lokomotiv"lə (Moskva) keçiriləcək hər iki oyunu buraxacaq.

Qeyd edək ki, "Fənərbaxça" və "Lokomotiv" arasında oyunlar 16-25 fevral tarixlərində keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər