22 Dekabr 2015 15:43
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Futbol Federasiyaları Assosasiyasının (UEFA) Gürcüstan üzrə nümayəndəsi David Petriaşvili faciəvi şəkildə həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Petriaşvili Tiflisdə yol qəzası zamanı ölüb.

Məlumatlara görə, polis partul avtomobili yolu keçmək istəyən 46 yaşlı mütəxəssisi vurub. Xəstəxanaya çatdırılasa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Davidin atası Qulam Petriaşvili də 2002-ci ildə yol qəzası zamanı dünyasını dəyişib.

Samir


Müəllif: