İspaniya millisinin baş məşqçisi Visente del Boske gələn il Fransada keçiriləcək Avropa çempionatından sonra karyerasını başa vuracaq.
Bu barədə 64 yaşlı mütəxəssisin özü açıqlamasında deyib.
"Hər şey yolunda gedərsə, "Avro-2016"nın final mərhələsindən sonra karyeramı başa vuracam. Bunu daha öncə edə bilərdim. Ancaq bir çox ispaniyalı məşqçinin çalışdığı yaşa qədər məşqçilik etmək istədim".
Qeyd edək ki, 2008-ci ildən İspaniya millisini çalışdıran del Boske komandasına 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğunu qazandırıb.