23 Dekabr 2015 23:51
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Mayami" klubunun sahibi Devid Bekhem PSJ-nin hücumçusu Zlatan İbrahimoviç haqda danışıb.

Bekhem qarşıdakı 2-3 il ərzində isveçli futbolçunu komandasına transfer etməyi düşündüyünü bildirib:

"İbrahimoviçi həm futbolçu, həm də insan kimi bəyənirəm. Mən onun kimi oyunlara və məşqlərə bu qədər ciddi yanaşan ikinci şəxs görməmişəm. PSJ-də oynadığım dönəmdə İbramoviçin istedadlı olmasına şübhəm yox idi. Ancaq onun bu qədər əməksevər olduğunu bilmirdim.

"İbra" anadangəlmə qalibdir və mən də onun fanatıyam. Biz yeni stadionun tikintisi üçün icazə almışıq. Bu, təxminən 2-3 il çəkəcək. Əgər qarşıdakı 2-3 il ərzində İbrahimoviç oynamağa davam etsə, onu dərhal komandama transfer edəcəm".


Müəllif:

Oxşar xəbərlər