27 Dekabr 2015 10:41
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya" (Dortmund) klubunun müdafiəçisi Neven Subotiç gələn ay komandadan ayrılacaq.

Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisinin rəhbərliyi də serbiyalı futbolçunu istənilən komandaya satmağa hazırdır.

Subotiç klubun baş məşqçisi Tomas Tuhelin planlarına daxil deyil. Cari mövsüm cəmi iki oyunda meydana çıxan 27 yaşlı futbolçunun özü də komandasını dəyişməkdə maraqlıdır.

Qeyd edək ki, "Liverpul"un maraq dairəsində olan Subotiçin "Borussiya" ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər