28 Dekabr 2015 08:05
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

GP2 pilotu Aleksandr Rossi sosial şəbəkədə yaxın zamanlarda "Manor" komandasına keçidinin rəsmiləşəcəyi barədə məlumat verib.

Komanda.az xəbər verir ki, amerikalı pilot geridə qoyduğumuz mövsümdə Sinqapur, Yaponiya, ABŞ, Meksika və Braziliya yarışlarında Roberto Merhinin yerinə "Manor"un sükanı arxasında əyləşməşdi. Rossi bu barədə belə danışıb:

"2016-cı il mövsümünün başlaması üçün səbrsizlənirəm və çox həyəcanlıyam. Mənə yarışmaq imkanı verən və inanan komandama, ailəmə və sponsorlarıma minnətdaram. Formula 1-in ABŞ-da yenidən populyarlaşmaqda olduğu bir dövrdə mübarizə aparmaq çox gözəldi".


Müəllif: